Bazar , Oktyabr 18 2026
azfa

İranın atom enerjisi ilə bağlı məlumatları ələ keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Black Reward” və “Anonymous” haker qrupları İranın atom enerjisi təşkilatının istehsalı və inkişafı ilə bağlı bəzi məlumatları yayıb.

Dərc edilmiş sənədlərdə Buşehr atom enerjisi stansiyasının müqavilələri, idarəetmə və istismar cədvəlləri, işçilərin texniki şərtləri və əmək haqqı vərəqələri, orada çalışan iranlı və rusiyalı mütəxəssislərin vizaları və SEPAH-a bağlı bir təşkilat 700 min ABŞ dolları dəyərində müqavilə sənədi var.

“Black Reward” haker qrupu “Anonymous” ilə birgə İslam Respublikasının atom enerjisi şirkətinin istehsalı və inkişafı ilə bağlı bəzi məlumatları dərc edib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …