Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Molla rejimindən Azərbaycanın ərazi bütövlüyünə qəsd

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın molla rejimi öz Sepah təşkilatı və yetişdirdiyi şəxslərlə Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq hədə yağdırır.

Özünü “siyasi ekspert” kimi təqdim edən və daim qatı anti-Azərbaycan açıqlamaları ilə gündəmə gələn İranın göstərişi ilə hərəkət edən Rza Abbasi şəxsi “Tvitter” hesabında Naxçıvanın Cümə məscidinin şəklini paylaşaraq yazıb:

“Bura Naxçıvandır, görünür ilk öncə İranın Qüdsünü azad etməliyik…

#Naxçıvan_İran”

Həçşinin Azərbaycan əleyhinə daim düşmən mövqedən çıxış edən İranın Azərbaycana qarşı yetişdiryi guya “siyasi təhliçi” Ehsan Movəhhediyan ozünün “Tvitter” hesabında yenə açıq şəkildə düşmənçilik toxumu səpməyə davam edib.

Ehsan Movəhhediyan yazır: “Ərdoğan, NATO, İsrail və Şərq-Qərb dəhlizini dayandırmaq üçün əsas həll yolu “İranın olan” Naxçıvanın azadlığıdır ki, Türkiyənin Qafqazdan həmişəlik əlaqəsi kəsilsin.

İran hökuməti passivlikdən əl şəkməli və azadlıqsevər  talış, ləzgi və Naxçıvan hərəkatlarını dəstəkləməlidir, xüsusilə Əliyevin “Bakı əyalətinin” xaricdə yaşayan azərbaycanlılarını təhrik etdiyi bir vaxtda!”

Göründüyü kimi, molla rejimi öz yetirmələrinin dili ilə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünə qəsd törədir.

Həmçinin yoxlayın

“İran nümayəndə heyəti” ABŞ-la diplomatiyanı bərpa etmək üçün tam səlahiyyətlərlə Nyu-Yorkdadır

GADTB: İran İslam Respublikasının yüksək vəzifəli rəsmisi çərşənbə axşamı, 22 sentyabr 2026-da Reuters-ə bildirib ki, …

İsrail İranla gərginliyin yenidən artması ehtimalına hazırlaşır: “Vəziyyət nəzarətdən çıxa bilər”

GADTB: İsrail mediasının yaydığı məlumatlara görə, Vaşinqtonla Tehran arasında danışıqların nəticəsiz qalmasından sonra ölkənin təhlükəsizlik …