Cümə axşamı , May 22 2025
azfa

İranın “Digikala” saytı Azərbaycanı düşmən ölkələr siyahısına salıb

GADTB: İranın ən böyük onlayn alış-veriş platforması olan “Digikala” internet saytı Azərbaycan bayrağını Amerika və İsraillə yanaşı düşmən ölkələr, həmin məhsulu isə qadağan olunmuş mallar siyahısına salıb.

Digikala-nın rəsmi səhifəsində yayımlanan görüntüyə görə, internet saytında Amerika, İsrail və Azərbaycan kimi ölkələrin bayrağı və ya adı olan mallar satışı “Satışı qadağan olunan mallar” siyahısında dərc edilib.

Siyahıda “düşmən” ölkələrlə əlaqəli bayraqların və şəxslərin olduğu malların paylaşılmasının və təqdim edilməsinin qadağan edildiyi, bu ölkələrin İran İslam Respublikası sisteminə zidd siyasi məqsədləri olduğu və bu səbəbdən satışının qarşısının alındığı qeyd olunub.

Eyni zamanda Azərbaycan adının İŞİD və Taliban kimi qruplarla yanaşı bu siyahıya salınması sosial şəbəkələrdə istifadəçilərin geniş etirazına səbəb olub.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “MGTV”-də “Erdoğan‘ın Emir Timur ve Şah İsmail çıkışı, Azerbaycan’da nasıl karşılandı?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Urmiya-90 komandası 1-ci qrup liqaya yüksəldi; Yəzddə farslar Azərbaycana qarşı irqçı şüarlar səsləndirdi

GADTB: Mayın 21-də Urmiya-90 komandası Yəzddə keçirilən oyundan sonra 1-ci qrup liqaya yüksəlib. Yəzd şəhərində …