Çərşənbə axşamı , May 17 2022
azfa

İranın erməni sevgisi; “Hayqaşen” şəhərciyi- Tehranın ermənilərə “xüsusi qayğısının” bariz nümunəsi

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranda erməni katoliklərinin Royan şəhərində yerləşən “Hayqaşen” adlı düşərgəsi var və təxminən yarım əsr öncə salınıb: bura erməni katoliklərinə ev sahibliyi edən bölgənin müasir tarixinə çevrilmiş xüsusi istirahət-təhsil kompleksidir.

Telegram kanalının məlumatına görə, “İRNA” ajansı xəbər verib ki, Mazandaran əyalətinin Nur və Royan şəhərlərinin sakinləri 40 ildən artıqdır ki, Hayqaşen adı ilə tanışdır. Bu düşərgə-villa kompleksi qeyd edilən iki şəhər arasında və sahil zonasında yerləşir.

20 hektara yaxın ərazisi olan bu şəhərcik hətta Nur və Royan sakinləri üçün də sirrdir, çünki indiyədək az sayda yerli sakin ora daxil ola bilib.

 Ancaq qısa Nur-Royan magistral yolundan keçərək, Hayqaşenin ağ və hündür divarlarının arxasından buradakı kilsə qülləsi və xaç kimi binalarının bir hissəsini və bölgənin şəhərsalma planından fərqli arxitekturaya malik bir neçə başqa tikililəri də görə bilərsiniz.

Qeyd edək ki, İranda onlarla qeyri-fars millətlərin yaşamasına baxmayaraq, İran ermənilərinin dəyəri hökumətin gözündə tamamən fərqlidir. Onlar üçün İranda hər bir şərait hazırlayan Tehran rejimi nədənsə ölkədəki digər etnik xalqlara qarşı eyni münasibəti sərgiləmir. Sayları 100 mindən daha az olan İran erməniləri üçün Mazandaran vilayətində bölgədə heçnə ilə müqayisə edilməyəcək qədər gözəl villalar və istirahət komleksi tikilməsinin və burada ermənilərin öz dillərində tam azad və rahat şəkildə təhsil almasından fərqli olaraq, ölkə əhalisinin 40%-ni təşkil edən Güney Azərbaycan türkləri başda olmaqla, ölkədə yaşayan digər millətlərin dərdlərinə laqeyd yanaşılması ilə yanaşı, onlar hərbslərə, sürgünlərə, təqiblərə və işgəncələrə məruz qalır, döyülür, edam edilir və alçaldılır.

Həmçinin yoxlayın

Enerji və tranzit: Tehran-İrəvan əməkdaşlığının ən mühüm sahələri

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İrana” istinadən yaydığı məlumata görə, İran Ermənistanla əlaqələri və əməkdaşlığını gücləndirir. …

Azərbaycan türkcəsini məhv edən İrandan məktəblərdə “fars dilini qoruma zəngi”-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 40 milyondan çox türkün dilini qadağan edib, məhvə …