Çərşənbə , Oktyabr 30 2024
azfa

İranın Ermənistandakı səfiri: “Qafanda baş konsulluğun açılması İran üçün qaçılmaz idi”

GADTB: İranın Ermənistandakı səfiri Mehdi Sübhani dünən “Tələbə” xəbər ajansına müsahibəsində İranın Qafandakı Baş Konsulluğunun ölkəsinə üstünlüklərindən söz açaraq deyib:

“-Ermənistanın cənubunun təhlükəsizliyi ölkəmizlə bağlı olan strateji bölgədir. İranın yük maşınlarının əsas hərəkət istiqaməti Ermənistanın cənub marşrutudur;

-Qafanda baş konsulluğun olması İran üçün qaçılmaz idi. Baş konsulluğumuz sərhədlə əlaqələri artırıb. Konsulluqla sərhəd arasında məsafənin az olması səbəbindən mövcud problemlər dərhal və birbaşa izlənilir;

-Qafandakı konsulluğumuz İran prezidentliyinə seçkilərdə seçicilərin iştirakı artırıb və seçkdə səs verməyə iranlı sürücülər qatılıblar;

-Ermənistan xalqı və hökuməti fars dilinin öyrənilməsində maraqlıdır. Ermənistan hökuməti öz tələbələrinin qonşu ölkələrdən birinin dilini ya fars, ya Azərbaycan, ya da gürcü dilinin öyrənilməsini təsdiqləyib”./ Azad İran

Həmçinin yoxlayın

Sayın Mikayıl bəy Oyta Türkiyə Cümhuriyyətinin 101 illiyi tədbirinə qatılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türkiyə Cümhuriyyətinin qurulmasının …

Güney Azərbaycanın Həmədan şəhərində etiraz aksiyası keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Həmədan şəhərində təqaüdə çıxmış müəllimlər və …