Bazar ertəsi , İyun 15 2026
azfa

Qərbi Azərbaycan İcması Fransanı Ermənistanı silahlandırmamağa çağırdı

GADTB: Fransa Prezidenti Emmanuel Makron Birləşmiş Krallığın Vudstok şəhərində baş tutan Avropa Siyasi İcmasının sammitində keçirdiyi mətbuat konfransında ölkəsinin Ermənistanı silahlandırmasına haqq qazandırmağa və Azərbaycana böhtan atmağa cəhd edib.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, 2020-ci ildə Azərbaycanın öz ərazilərini 30 illik işğaldan azad etməsini mənfi müstəvidə təqdim etməyə cəhd edən Fransa prezidentinə xatırladırıq ki, 44 günlük Vətən Müharibəsi BMT Nizamnaməsinin müddəalarının və Təhlükəsizlik Şurasının konkret qətnamələrinin icrasını təmin etməklə beynəlxalq hüququn və ədalətin təntənəsi olmuşdur. Prezident Makron bu şanlı tarixə qara yaxmağa cəhd etmək əvəzinə Fransanın uzun illər ərzində Ermənistanı dəstəkləyərək onu Azərbaycan ərazilərinin işğalını davam etdirməyə cəsarətləndirməsinə görə öz ölkəsinin məsuliyyətini etiraf etməlidir.

“Vurğulamaq lazımdır ki, Azərbaycan ərazilərinin 20 faizini zəbt edərək, 30 il ərzində işğal altında saxlamış Ermənistana Fransanın silah satması ordusunda və bir çox siyasi dairələrində revanşist hisslərin hakim olduğu bu ölkəni Azərbaycana qarşı təkrar müharibəyə sövq etmək və regionu qana çalxalamağa xidmət edir.

Qərbi Azərbaycan İcması Fransadan Ermənistanı silahlandırmasını və digər pozucu əməllərini dərhal dayandırmağı tələb edir”, – bəyanatda deyilib.

Həmçinin yoxlayın

Ərdəbildə toy məclisinə görə şadlıq sarayı möhürləndi, sahibi saxlanıldı

GADTB: Ərdəbil şəhərinin prokuroru bu şəhərdə fəaliyyət göstərən bir şadlıq sarayının “qarışıq toy mərasimi keçirilməsi” …

BMT: İran hakimiyyəti ilin əvvəlindən bəri təhlükəsizlik ittihamları ilə azı 40 nəfəri edam edib

GADTB: Volker Türk bildirib ki, İran hakimiyyəti 2026-cı ilin əvvəlindən indiyədək “milli təhlükəsizlik”lə əlaqələndirilən ittihamlar …