Çərşənbə axşamı , Dekabr 24 2024
azfa

İranın ETTELAAT Nazirliyi əhaliyə təhdid dolu mesajlar göndərir

GADTB: Son günlər bir çox əhali ETTELAAT Nazirliyindən mesajlar alıb və onlardan şübhəli insanlara və ətrafdakı düzgün olmayan fəaliyyətlərə qarşı həssas olmaları istənilib.

Əhaliyə xəbərdarlıq edilib ki, xaricdən gələn iş təkliflərindən tutmuş naməlum şəxslərin hərəkətinə qədər istənilən yanlış davranış “milli təhlükəsizliyə qarşı təhdid” kimi qiymətləndirilə bilər.

Bildirilib ki, ETTELAAT Nazirliyi insanları sıxışdırmağa, təhlükəsizlik tədbirləri bəhanəsilə onları izləməyə çalışır. Eyni zamanda vurğulanıb ki, İranın real təhlükəsizlik problemləri adi insanlardan deyil, hökumət daxilindəki rəsmilərdən qaynaqlanır. Qeyd olunub ki, mesajlar əhalidə narahatlıq yaradıb.

Molla rejimi həm də bu yolla əhalini daim təşvişdə saxlamağa çalışır.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin ailəsinə təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin …

Əli hər yerdən üzülən Xamenei əhalini Süriyada üsyana çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əli Xamenei Türkiyənin xarici işlər naziri Hakan Fidanın …