Çərşənbə axşamı , May 6 2025
azfa

İranın həbs etdiyi türkmən jurnalist girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın həbs etdiyi türkmən jurnalist girov qarşılığında zaminə buraxılıb

Gülüstan əyalətinin (Güney Türkmənistan) Günbəd Kavus şəhərinin Hallı Axun kəndində yaşayan türkmən jurnalist Aman Məhəmməd Xocəmli iyulun 5-də girov qarşılığında saxlanıldığı Günbəd Kavus zindanından məhkəməyə qədər müvəqqəti zaminə buraxılıb.

 O, iyunun 23-də sosial mediada yayınladığı tənqidi yazılarına görə, Günbəd Kavus şəhərinin məhkəməsinin qərarı əsasında təhlükəsizlik məmurları tərəfindən yaxalanmışdı.

Jurnalistin zəmanətlə zaminə buraxılması barədə 5-ci istintaq şöbəsi vəsatəti qəbul etmədiyi üçün, Aman Məhəmməd Xocəmli zindana göndərilmişdir.

Qeyd edək ki, Aman Məhəmməd Xocəmli 2020-ci il  fevralın 9-da Günbəd Kavus şəhərinin Hallı Axun kəndində öz evində təhlükəsizlik məmurları tərəfindən aparılan axtarış zamanı yaxalanmış və sonra girov qarşılığında zamninə buraxılmışdı.

Aman Məhəmməd Xocamlı İranda yaşayan türkmənlərin tanınmış jurnalistidir. Onun yazıları yerli mətbuatda, saytlarda və sosial mediada türkmənlər tərəfindən rəğbətlə qarşılanır.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Türk Hareketi TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Qurban Qurbanov: Traktor ilə yoldaşlıq oyunu keçirsək, şad olaram

GADTB: “Qarabağ” Azərbaycan Premyer Liqasının 33-cü turunda öz meydanında “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəlib. …