Şənbə , Yanvar 4 2025
azfa

İranın himayəsi ilə ermənilər Azərbaycana qarşı aksiya keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin himayəsi və təşkilatçılığı ilə ermənilər Azərbaycana qarşı mitinq keçiriblər.

İsfahanda yaşayan ermənilər Xocalı faciəsinin ildönümü ilə eyni vaxtda molla rejiminin himayəsi ilə Azərbaycan Respublikasına qarşı aksiya keçiriblər.

İsfahanın Vank kilsəsi ətrafına toplaşan ermənilər Qarabağın Azərbaycan Respublikası tərəfindən mühasirəyə alındığını iddia edib və Azərbaycanla Türkiyə əleyhinə şüarlar səsləndiriblər.

Qeyd edək ki, İran növbəti dəfə ermənilərin Azərbaycana qarşı aksiyasına icazə verib. Güneydəki soydaşlarımızın Xocalı ilə bağlı anım tədbirləri isə yasaqlanıb. Yasağa qarşı çıxanlar ağır şəkildə cəzalandırılır.

Həmçinin yoxlayın

İran hər vasitə ilə Livanda terroru dəstəkləməyə çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beyrutun “Rəfiq Həriri” hava limanında İranın “Mahan Air” …

Molla rejimin iddiasının əksinə olaraq Urmiya gölü böhranlı vəziyyətdədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin iddiasının əksinə olaraq Urmiya gölü …