Cümə axşamı , Aprel 30 2026
azfa

İranın irqçi rejiminin Güney Azərbaycanın sənaye sektoruna qarşı ayrıseçkilik siyasətinə etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Azərbaycan vilayətinin Sənaye, Mədən və Ticarət Naziri Sabir Pərnian İranın Azərbaycan sənayesinə qarşı ayrıseçkilik siyasətinə etiraf edərək deyib: “Şərqi Azərbaycanda sənaye sektoruna illərdi ögey münasibət hökm sürür və iqtisadi inkişaf üçün brukratiya ləğv edilməlidir”.

O həmçinin deyib ki, Şərqi Azərbaycana dövlət sənaye sektoruna lazımi diqqət ayırmayıb və sərmayə yatırmayıb. Bu da sənaye sektorunun burada geriləməsinə səbəb olub.

Pərnian həmçinin bildirib ki, Şərqi Azərbaycanda əsas mövcud sənaye sektoru das özəl sektora aiddir ki, bu da yerli investorların hesabına formalaşıb.

Qeyd edək ki, İran rejiminin Güney Azərbaycana qarşı müstəmləkə siyasəti o qədər güclənib ki, artıq rejimin təyin etdiyi məmurlar da buna etiraf etməyə məcbur olurlar.

Həmçinin yoxlayın

Qrossi: Yüksək zənginləşdirilmiş uranın əsas hissəsi İsfahan nüvə kompleksində saxlanılır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, İranın yüksək zənginləşdirilmiş uran …

Güney Azərbaycanın tanınmış hüquqşünası və jurnalisti İsa Nəzəri vəfat edib

GADTB: Güney Azərbaycanın tanınmış hüquqşünası, jurnalisti və “Nəvid Azərbaycan” həftəlik jurnalının baş redaktoru İsa Nəzəri …