Çərşənbə , Aprel 2 2025
azfa

İranın Mədəniyyət Nazirliyi türkcə əsərlərə senzuranı artırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Mədəniyyət Nazirliyi türkcə əsərlərə senzuranı artırıb.

İran Mədəniyyət və İslami İrşad Nazirliyi türkcə əsərlərə qarşı senzurasını gücləndirməkdə davam edir. Yazıçı, şair və Urmiyadakı “Yaz” nəşriyyatının direktoru Bəhram Əsədi nazirliyin türk ədəbi əsərlərində senzura məhdudiyyətlərini gücləndirdiyini bildirib.

Bəhram Əsədi sosial media hesabında etdiyi paylaşımda yazıb ki, hətta iranlılıq vurğusu ilə başlayan şeirin bəzi sətirlərinin Azərbaycan və türk kimliyinə istinad edildiyi üçün senzuraya məruz qalıb və onların silinməsi tələb olunub.

İranın Mədəniyyət və İslami İrşad Nazirliyi bu kitabdakı poeziyadan “anam yurdu azərbaycanlıyam mən” və “şərafət elçisi türk milləti imiş” sətirlərinin çıxarılmasını Əsədidən tələb edib.

Bəhram Əsədi Təbriz Mədəniyyət Həftəsinin bağlanışında yaşanan son hadisə ilə bağlı da öz fikrini deyib: “Ölkə prezidenti şovinizmin əsirinə çevrilərək, türkcə danışa bilmirsə, biz bu hakimiyyətdən necə dil haqqı tələb edə bilərik”.

Həmçinin yoxlayın

Azərbaycana qarşı olan mühacir kürd Hakim Məmkan qatil Simkonun fotosu altında şəkil çəkdirib

GADTB: Mühacir kürdlərdən Urmiya adına İran məclisinə göndərdikləri Hakim Məmkan Qaqarin “Urmiya qəssabı” kimi tanınan …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Turk TV”-də “İsraildən dağıdıcı əməliyyat – İrana ağır zərbə” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …