
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın rejiminin müstəmləkə siyasəti ilə Güney Azərbaycanın yeraltı sərvətlərini və qızıl mədənlərini talaması barədə sənədli film çəkilib.
Sənədli filmdə Güney Azərbaycanın xüsusilə Tikantəpə bölgəsində qızıl mədənlərinin yaxınlığında yaşayan azərbaycanlıların ağır durumu təsvir edilib.
Azərbaycanı rejissor Səccad Kərimi “Ölüm üçbucağı” adlandırdığı həmin sənədli filmdə Güney Azərbaycanın Tikantəpə bölgəsində yerləşən “Ağdərə” və “Zərşuran” qızıl mədənlərinin müstəmləkəçi siyasətlə talanması, mədənlərin yaxınlığında yaşayan azərbaycanlıların acınacaqlı durumundan bəhs edir.
Filmdə həmçinin qızıl mədənləri ilə yanaşı çox sayda digər mədən, o cümlədən 80 daş, qranit və mərmər mədəninin İsfahan və Tehran şirkətləri tərəfindən talanaraq fars bölgələrinə daşınması öz əksini tapıb.
Güney Azərbaycanın müxtəlif mədənlərinin İran rejimi tərəfindən talanmasına baxmayaraq, həmin bölgələrin ən sadə infrastrukur imkanlarından məhrum olduğu, əhalinin işsizlik və yoxsulluqdan əziyyət çəkdiyi də filmdə əks etdirilib.
“Ölüm üçbucağı” sənədli filmində yerli əhali öz acınacaqlı durumlarından danışaraq, vəziyyətdən çıxış yolunun onlar üçün naməlum olduğunu bildirirlər.
Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanın yeraltı və yerüstü sərvətlərini talayaraq fars bölgələrinə aparıb, yerli əhaliyə isə yoxsulluq və mədənlərin talanmasından irəli gələn ekoloji fəlakət buraxır.