Çərşənbə , Oktyabr 21 2026
azfa

Urmiya zindanında siyasi məhbusları döyüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya zindanında siyasi məhbusları döyüblər.

Siyasi məhbusların zindan nəzarətçiləri və rejimin ETTELAAT məmurlarının döydüyü və təkadamlıq kameralara saldığı bildirilir.

İnsan haqları təşkilatlarının yaydığı məlumatlarda deyilir ki, mühafizəçilər zindan rəisinin və ETTELAAT İdarəsinin rəisinin əmri ilə siyasi məhbusların saxlanıldığı bölməyə hücum ediblər.

Rejimin məmurları 47 siyasi məhbusu başqa bölməyə köçürərkən zorakılıq göstərib, onları döyərək şəxsi əşyalarını dağıdıblar”.

Məlumatda yanvarın 10-u, səhər saatlarında ETTELAAT-ın keçirdiyi əməliyyatda azərbaycanlı məhbus Hamid Qaraoğlani da daxil olmaqla 20 siyasi məhbusun ağır yaralı vəziyyətdə təkadamlıq kameralara salındığı və onlara tibbi xidmət göstərilmədiyi bildirilir.

Azərbaycanlı məhbus Hamid Qaraoğlaninin bacısı Haniyə Qaraoğlani sosial media hesabında siyasi məhbusların döyülməsi faktını təsdiq edib.

Həmçinin yoxlayın

Təbrizdə Vahid Vidafərin bir paylaşımı bəyənməsinə görə 75 gündür həbsdə saxlanıldığı və taleyinin qeyri-müəyyən olduğu bildirilir

GADTB: Təbriz şəhərində yaşayan Vahid Vidafər həbs olunmasından 75 gün keçməsinə baxmayaraq, hələ də taleyi …

Azərbaycanlı siyasi məhbuslara təzyiqlər artır: Milli fəallar Təbriz həbsxanasında ümumi cinayət məhbuslarının saxlanıldığı kameralara köçürülüb

GADTB: Yayılan məlumatlara görə, Azərbaycanlı siyasi məhbuslar Yürüş Mehrəlibəyli, Əli Babayi və Əli Nəjadabbasi Bostanabadinin …