Çərşənbə axşamı , Oktyabr 15 2024
azfa

İranın nüvə obyektlərinə kiber hücumlar baş verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın müxtəlif dövlət qurumları və təsistlarına, o cümlədən, nüvə obyektlərinə qarşı geniş kiberhücumlar həyata keçirilib.

“Əl-Ərəbiyyə”nin bildirdiyinə görə, hücumlar bundan əvvəl dövlət qurumlarına keçirilən hücumlarla müqayisədə daha geniş və əhatəlidir.

Qeyri-rəsmi məlumatlara görə, hücumlar İsrail hakerləri tərəfindən edilib.

Bunun İsrailin İranın raket hücumlarına cavab zərbələri öncəsi dövlət qurumları və nüvə obyektlərinin müdafiə sistemlərinin zəiflədilməsi məqsədilə həyata keçirildiyi ehtimal olunur.

İranın rəsmi mediası məsələ ilə bağlı hər hansı məlumat yaymayıb.

Həmçinin yoxlayın

Molla rejimindən daha bir irqçi addım; İran Aviasiya Təşkilatı türkcədən istifadəni qadağan etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi daha bir irqçi addımla türk …

Avropa İttifaqı İrana Rusiyaya raket tədarükünə görə sanksiyalar tətbiq edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa İttifaqı Şurası bəyanat yayaraq İrana sanksiya tətbiq …