Cümə axşamı , Noyabr 26 2026
azfa

İranın son hücumları zamanı ABŞ bazaları və qüvvələri zərər görməyib

GADTB: Adı açıqlanmayan bir ABŞ rəsmisi Reuters agentliyinə bildirib ki, İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlardan sonra ABŞ qüvvələrinin zərər görməsi və ya bölgədəki məlum Amerika obyektlərinə və hərbi bazalarına ziyan dəyməsi ilə bağlı heç bir məlumat daxil olmayıb.

Həmin rəsminin sözlərinə görə, İran tərəfindən buraxılan raket və pilotsuz uçuş aparatlarının demək olar ki, hamısı havada aşkarlanaraq məhv edilib.

Bununla yanaşı, o vurğulayıb ki, İranın bölgədə yerləşən ABŞ hərbi bazalarına qarşı hücumları ilə bağlı yekun qiymətləndirmə prosesi hələ də davam edir.

ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) isə bu məsələ ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.

Digər tərəfdən, İran Xarici İşlər Nazirliyi Fars körfəzi ölkələrinə yönəlik bəyanatında bildirib ki, region dövlətləri “hüquqi və mənəvi məsuliyyət” daşıyır və ABŞ ilə İsrailin öz ərazilərindən və ya infrastrukturundan İrana qarşı əməliyyatlar üçün istifadə etməsinə mane olmalıdırlar.

Nazirliyin bəyanatında vurğulanıb ki, xüsusilə Fars körfəzinin cənub sahillərində yerləşən ölkələr ABŞ və İsrailin öz ərazilərini və ya hərbi obyektlərini İrana qarşı planlaşdırma, təşkil etmə, həyata keçirmə və ya dəstək məqsədilə istifadə etməsinin qarşısını almalıdır.

İran Xarici İşlər Nazirliyi eyni zamanda xəbərdarlıq edib ki, əks halda İran İslam Respublikası özünə qarşı hücumların həyata keçirildiyi mənbələri, hərbi bazaları və logistika obyektlərini hədəfə almaqda “heç bir tərəddüd göstərməyəcək”.

Həmçinin yoxlayın

Dolların qiymətində rekord artım fonunda hökumətyönlü media İrana böyük həcmdə dollar əskinaslarının gətirildiyini xəbər verir

GADTB: Dolların məzənnəsinin təxminən 285 min tümənə yüksəlməsi və rialın dəyərdən düşməsinin davam etməsi fonunda …

Tramp: İsrailin İranda rejim dəyişikliyinə nail olmaq məqsədi, yəqin ki, həyata keçirilə bilər, amma bu, mənim məqsədim deyil

GADTB: ABŞ Prezidenti Donald Tramp İslam Respublikasına qarşı hərbi əməliyyatların maliyyələşdirilməsinin 2027-ci ilin yanvar ayının …