İranın terrorçu qruplara verdiyi raketlər Orta Şərqi qarışdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın İraq, Suriya, Yəmən, Livan, Fələstin və s. ölkələrdə yetişdirdiyi terrorçu qruplara verdiyi raketlər Orta Şərqdə qanlı müharibələrə səbəb olub.

Artıq İranın “SH85” tipli raketləri İsrailə qarşı da işə salınıb.

“Əl-Cəzirə” yaydığı məlumatda bildirilir ki, Həmasın hərbi qanadı olan İzzəddin Əl-Qəssam Briqadaları Təl-Əvivi hədəf alan hücumlarda ilk dəfə “SH85” tipli İran raketlərindən istifadə edib.

“Əl-Cəzirə” müxbiri Qəzza zolağından atılan 200-ə yaxın raketin Təl-Əvivi və ətraf əraziləri hədəf aldığını açıqlayıb.

“SH85” tipli raketlərə aid olduğu iddia edilən fotolar sosial mediada paylaşılıb. “Röyters” və “Assoşieyted Press” də Təl-Əvivi hədəf alan raketlərin fotolarını yayımlayıb.

Ağ Ev isə Təl-Əvivə raket zərbələrini qınayıb. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İsraildən olan həmkarı Meir Ben Şabatla yenidən telefon əlaqəsi saxlayıb.

E.Horn qeyd edib ki, telefon danışığı zamanı C.Sallivan HƏMAS və digər terror təşkilatları tərəfindən həm Qüdsə, həm də Təl-Əvivə raket zərbələrinin atılmasını kəskin şəkildə qınayıb:

“Bundan başqa, Sullivan ABŞ Prezidenti Co Baydenin İsrailin təhlükəsizliyi və xalqını qoruması üçün dəstəyini ifadə edib. Eyni zamanda, rəsmi Vaşinqtonun bölgədə sabitliyin təminatı üçün atılacaq addımlara dəstək verəcəyi də bildirilib”.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …