Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İranın Urmiya gölünə tökülən çayların qarşısını kəsdiyi üçün göl 12 milyard kubmetr su itirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Urmiya gölünü qurutmaq məqsədilə Urmiya gölünə tökülən çayların qarşısını kəsdiyi üçün göl 12 milyard kubmetr su itirib.

Qərbi Azərbaycan Regional Su Şirkətinin Mühafizə və İstismar işləri üzrə rəis müavini Cavad Mühəmmədi bildirib ki, hazırda Urmiya gölündə 2 milyard 950 milyon kubmetr su mövcuddur. Keçən ilin eyni dövründə göldə 4 milyard 980 milyon kubmetr su olub.

Urmiya gölünün hazırkı sahəsi 2396 kvadrat kilometrdir. Keçən ilin eyni dövründə isə gölün sahəsi 3607 kvadrat kilometr olub. Bu o deməkdir ki, bir ildə gölün sahəsi 1211 kvadrat kilometr azalıb.

Ekoloji tarazlıq vəziyyətində isə gölün sahəsi 4635 kvadrat kilometr olmalı və göldə 15 milyard kubmetrdən çox suyu olmalıdır.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …