Çərşənbə , Oktyabr 21 2026
azfa

İranın vasitəçiliyi ilə PKK terror təşkilatı Ermənistandan hava hücumundan müdafiə sistemi alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk ordusunun əməliyyatlarında böyük zərbə alan terror təşkilatı PKK, helikopterlərə, döyüş təyyarələrinə və Türk PUA-larına qarşı hava hücumundan müdafiə sistemi almağa çalışır.

Bu məqsədlə İran kəşfiyyatı PKK terrorçuları ilə İrəvan arasında görüşlərin keçirilməsində fəal rol oynayıb. Türkiye qəzetinin İraq və Türk təhlükəsizlik mənbələrindən əldə etdiyi məlumata görə, İrana bağlı Haşdi Şaabi rəhbərliyindən bəziləri də bu prosesdə iştirak edbi. Artıq İranın vasitəçiliyi ilə Ermənistan rəsmiləri ilə PKK terror qruplaşmasının başçıları arasında görüş də baş tutub.

PKK terrorçuları, hava hücumundan müdafiə sistemi üçün Rusiyada istehsal olunan 9K33 Osa amfibi zenit sistemi istəyib. Ermənilərin vercəyi həmin raketlərin isə İrana bağlı Həşdi Şəbi vasitəsilə daşınıb və xüsusilə Suriyada quraşdırılacağı planlaşdırılıb.

Həmçinin Türkiyənin təsirli əməliyyatlarında çətinlik çəkən terror təşkilatı PKK bu məqsədlə müraciət etdiyi ilk ölkə Ermənistan olduğu halda, Liviyadakı qeyri-qanuni qüvvələrin lideri general Hafter ilə də eyni məqsədlə görüşlər keçirildi.

Həmçinin yoxlayın

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …

İraq da İranla sərhədləri bağlayır

GADTB: İraq hökuməti İranla sərhəddəki keçid məntəqələrini bağlamağa başlayıb. Artıq Əş-Şeyb sərhəd-keçid məntəqəsi bu gündən …