Şənbə , Mart 8 2025
azfa

İraqlı etirazçılar İran meylli deputatların evini yandırdılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqda İranaın müdaxiləsinə qarşşı etirazlar davam edir. İraqlı etirazçılar Zi-Qar vilayətində parlamentin İran meylli üç deputatının evini yandırıblar.

İraqlı etirazçılar Zi-Qar vilayətinin Əl-Şətr məntəqəsində İraq parlamentində Saerun, Fəth və Dovlət əl-Qanun koalisiyalarının üzvləri Nəci əl-Sədi, Mena əl-Ğərabi və Zeynəb əl-Xəzrəcinin evlərini yandırıblar.

Yanğın nəticəsində xəsarət alan olmayıb və mülki müdafiə qüvvələri yanğını söndürməyə çalışır.

Qeyd edək ki, İraqın müxtəlif bölgələrində İranın bu ölkəyə müdaxiləsi və hökumət əleyhinə nümayişlərin ikinci dalğası oktyabrın 25-dən başlayıb və bugünədək davam edir.

Həmçinin yoxlayın

Sayın Əjdər bəy Tağızadə “Azərbaycan Səsi”ndə “Türkiyə İran savaşı başlayır?” mövzusunda çıxışı -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Molla rejimi 14 aydır azərbaycanlı milli fəalları həbsdə saxlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin zindanında saxlanılan 6 güneyli fəal Ayaz …

Bir cavab yazın