GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli-mədəni fəallar Əli Vasiqi və Rza Vasiqini Ərdəbildə yaxaladı.
Vasiqi qardaşları iyunun 10-da axşam ETTELAAT məmurları tərəfindən öz iş yerində yaxalanmışlar.
Azərbaycanlı milli fəallar yaxalanma barədə çıxarılan hökmün göstərilməsini tələb ediblər. Lakin rejimin məmurları bundan imtina ediblər. Nəticədə Əli və Rza Vasiqi məmurlara qarşı müqavimət göstərib.
Şahidlərin bildirdiyinə görə, ETTELAAT məmurları Vasiqi qardaşlarına qarşı güc tətbiq edərək milli fəalları döyüblər. Bu isə əhalinin etirazına səbəb olub.
Azərbaycanlı fəalların nə səbəbdənyaxalandığı və harada saxlanıldığı barədə hələlik heç bir məlumat yoxdur.
Həmçinin yoxlayın
Azərbaycan Pakistana 2 milyard dollarlıq sərmayə qoyur
GADTB: Azərbaycan və Pakistan milyardlarla dollarlıq sazişlər imzalayacaq. Bu barədə Pakistanın “Dawn” nəşri məlumat yayıb. …
Qərbi Azərbaycan İcmasından Belçikanın azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə etiraz
GADTB: Qərbi Azərbaycan İcması Belçikanın azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə bəyanatla etiraz edib: Belçika Krallığında yeddi …