Cümə , Aprel 19 2024
azfa

İrqçi fars rejim azərbaycanlı ekizlərə Varan və Ozan türk adlarına görə şəxsiyyət vəsiqəsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı ekizlərə valideynləri Varan və Ozan türk adları qoyduğuna görə şəxsiyyət vəsiqəsi vermir.

Güney Azərbaycanın Xiyav (Meşkinşəhr) şəhərindən olan valideynər dr.Mehdi və Elnaz Üsuli öz ekiz övladlarına Varan və Ozan adı qoymaq istədikləri üçün rejim 50 gündür onlara şəxsiyyət vəsiqəsi vermir. Bu müddət ərzində onların doğum haqqında şəhadətnamə almaq cəhdləri nəticəsiz qalıb.

Vətəndaş Vəziyyətinin Qeydiyyatı İdarəsi ata və anaya uşaqlara seçdikləri adın İran adı olmadığını bildirib və şəhadətnamə verməkdən imtina ediblər.

Qeyd edək ki, irqçi fars rejim azərbaycanlılara öz dillərində övladlarına ad qoymağa icazə vermir. Bu irqçi hərəkətdən məqsəd isə Azərbaycan türk millətini assimilyasiyaya uğradıb bir millət kimi məhv etməkdir.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın