Cümə axşamı , İyun 30 2022
azfa

İrqçi fars rejim azərbaycanlı fəal Kyumərs İslamini Apelyasiya Məhkəməsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı və irqçi fars rejim azərbaycanlı fəal Kyumərs İslamini Apelyasiya Məhkəməsinə çağırdı.

Elektron şəkildə rejimin məhkəmə sistemindən fəala göndərilən çağırış vərəqəsinə əsasən o 2018-ci il noyabr ayının 17-də rejimin Apelyasiya məhkəməsində olmalıdır. Çağırış vərəqəsi fəalın 1 il həbs qərarına etirazı ilə bağlıdır.

Azərbaycanlı fəal ilkin məhkəmə stansiyasında rejim tərəfindən şərlənərək pantürkizmdə və farsca kitabbları türkcəyə tərcümə edərkən təhrif etməkdə və guya pantürkizm cərəyanın Parsabadda başçılarından olmaqda ittiham edilib.

Fəalın Güney Azərbaycan terminindən istifadə etməsi onun şərlənməsinə və həbsə məhkum edilməsinə gətirib çıxaran səbəblərdən biri olub.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Kiyumərs İslami Babək Qalası Qurultayı zamanı irqçi faers rejimin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. O həbsxanada ağır cismi və ruhi işgəncələr altında saxlanılırdı.

Azərbaycanlı türk fəal müvəqqəti azadlığa buraxılmaması və ailəsinin təqdim etdiyi mülki vəsiqənin qəbul olunmaması, eləcə də hakimin prosesi uzatmasına etiraz olaraq, iyulun 28-dən aclığa aclıq aksiyasına başlamışdı.

 

K.İslaminin ailəsi iyul ayının 26-da Parsabad Məhkəməsinə müraciət edərək hakim tərəfindən fəalın müvəqqəti azadlığa buraxılması üçün təyin olunan mülki vəsiqəni təqdim etmək istəyiblər, lakin məhkəmə irqçi fars rejimin təhlükəsizlik qüvvələrinin tapşırığı ilə vəsiqəni qəbul etməkdən imtina etmişdi.

Bundan əvvəl fəalın dosyesinə baxan hakim onun müvəqqəti azadlığa buraxılması üçün 120 milyon riallıq mülki vəsiqə qərarı çıxarılmışdı.

Həmçinin yoxlayın

Bakıda İranın həbs etdiyi azərbaycanlı siyasi məhbuslara azadlıq tələbi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bakıda İran rejiminin həbs etdiyi azərbaycanlı siyasi məhbuslara …

Ukrayna Rusiyanın 35600 hərbçisini öldürüb, 1571 tank və 3726 zirehli döyüş maşını vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna müharibənin 127-ci günü üçün Rusiya ordusunun itkiləri …

Bir cavab yazın