Çərşənbə , İyul 16 2025
azfa

İrqçi fars rejim azərbaycanlı fəallar Vasiqi qardaşlarını cinayətkrlarla eyni bölməyə köçürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbil zindanında həbsdə saxladığı azərbaycanlı milli-mədəni fəallar Əli və Rza Vasiqi qardaşlarını cibnayətkarlarla eyni bölməyə köçürüb. Əli Vasiqi zindanın oğurluq ittihamı ilə həbs olunan məhbusların 2-ci bölməsinə, Rza Vasiqi isə narkomanların saxlanıldığı 5-ci bölməyə köçürülüblər.

Azərbaycanlı fəallar noyabr ayının 15-də ailələri ilə telefon əlaqəsi zamanı bu barədə məlumat veriblər.

Qeyd edək ki, Rza Vasiqi qardaşı Əli Vasiqi ilə birlikdə iyunun 10-da öz iş yerlərində rejimin məmurları tərəfindən vəhşicəsinə döyülərək yaxalanmışdır. Fəalların hər biri daha sonra 110 milyon riallıq vəsiqə qarşılığında zaminə buraxılıblar.

Azərbaycanlı fəallar zaminə buraxılandan sonra onların işgəncə edildiyi məlum oldu və işgəncə izlərinin şəkilləri də yayıldı.

İrqçi fars rejim Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan milli fəallar Əli və Rza Vasiqini 5 il həbsə məhkum edib. Əli Vasiqini 3 il və qardaşı Rza Vasiqini 2 il həbsə məhkum edib.

Rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi, hakim Məhdəviradın sədrliyi iki qardaş Əli və Rza Vasiqini, “Vərəqələr yaymaqla sistemə qarşı təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək” ittihamları ilə 5 il həbs cəzasına məhkum edib.

Bu qərar avqustun 18-də çərşənbə axşamı günü Ərdəbildə yerləşən rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsinin ofisində şifahi olaraq azərbaycanlı fəallara elan edilib.

Həmçinin yoxlayın

Molla rejimin Azərbaycanın qərbində cinayətkar bandası Naci Şərifi Zindəşti Avropa Şurası tərəfindən sanksiyaya məruz qalıb

GADTB: İrqçi fars-molla rejimin Güney Azərbaycanın qərb bölgəsində yetişdirdiyi cinayətkar və terror bandasının başçısı Naci …

Molla rejimi öyrəncini sosial media paylaşımına görə həbs edib

GADTB: İrqçi fars-molla rejimi Təbriz Tibb Universitetinin Əczaçılıq fakültəsinin öyrəncisi və İslam Tələbə Birliyinin üzvü …

Bir cavab yazın