İrqçi fars rejim Azərbaycanı parçalayıb məhv etmək məqsədilə Qərbi azərbaycanı bölür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Azərbaycanı parçalayıb məhv etmək məqsədilə Qərbi azərbaycanı bölərək “Sərhəd Azərbaycanı” vilayətini yaradır.

Ruhaninin rəhbərliyi ilə islahaçılar artıq Azərbaycana son zərbəni endirərək, öz çirkin niyyətini həyata keçirmək istəyirlər.

Antiazərbaycan islahatçılar Xoydan onların əlaltıları olan gunya millət vəkili xain Kəbirinin əli ilə Xoy, Makı, Salmas, Çaldıran və Poldəşti Urmiya və s. Qərbi Azərbaycan şəhərlərindən ayırmaq və yeni vilayət təşkil etmək barədə layihəni rejimin məclisinə təqdim ediblər. Məqsəd Azərbaycanın böyük bir hissəsini kürdlərə pişkeş etmək və Azərbaycanı məhv etməkdir.

Bu layihənin məclisə verilmə xəbəri yayılan kimi Güney Azərbaycanda əhaliyə şok yaşadıb və ciddi etirazların baş verəcəyi gözlənilir.

Həmçinin yoxlayın

Molla rejimin raket yanacağında baş verən partlayışlar davam edir

GADTB: İrqçi fars-molla rejimin Rəcai limanında raket yanacağında baş verən partlayışlar və yanğın davam edir. …

Molla rejimin Təbrizdə həbs etdiyi Kərim İsmailzadənin sağlıq durumu pisləşib

GADTAB: Azərbaycanlı siyasi fəal Kərim İsmailzadə xəstəliyinə və ağır mədə xorasına baxmayaraq, iki aydan çoxdur …

Bir cavab yazın