Cümə , Noyabr 29 2024
azfa

İrqçi fars rejim azərbaycanlı fəal Nəsim Sadiqini mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqini mühakimə edib. Fəal sentyabrın 3-də rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsində mühakimə edilib.

Azərbaycanlı fəal rejimin ona qarşı saxta şəkildə “Sistemin əleyhinə təbliğat aparmaq”da irəli sürdüyü ittihamları rədd edib və bildirib ki, o konstitusiyası çərçivəsində mədəni fəaliyyətlə məşğul olur. Azərbaycanlı fəal məhkəməni müstəqilliyini qorumağa və təhlükəsizlik orqanlarının uydurma dosyelərə önəm verməməyə çağırıb.

Qeyd edək ki, 2018-ci il oktyabrın 21-də yaxalanan azərbaycanlı fəal Nəsim Sadiqi bir müddətdən sonra oktyabrın 31-də 150 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq Təbrizin mərkəzi zindanından zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

Sayın Mikayiul bəy Oyta və sayın Sara xanın Azərsun Türkiyədən gəlmiş rəsmilərlə görüşdə-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi …

Molla rejimin qüvvələri iki azərbaycanlı fəalı həbs etməyə cəhd edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün İran hökumətinin qüvvələri iki azərbaycanlı fəal …

Bir cavab yazın