GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi və işğalçı fars rejim Azərbaycan komandalarına qarşı ayrıseçkilik və düşmənçilik siyasətindən sonra indi də azərbaycanlı futbol və voleybol tərəfdarları arasında ixtilf salmağa çalışır.
Rejimə və irqçi farslara bağlı olan “İlna” Xəbər Agentliyi Güney Azərbaycan şəhərləri Təbriz və Urmiyanın komandalarının tərəfdarları arasında ixtilaf salmaq məqsədilə yalan xəbər dərc edib. Agentlik yazıb ki, “Azadi stadionunda Urmiyanın 90 və Təbrizin Tirəxtur komandalarınəın tərəfdarları arasında toqquşma baş verib”.
Halbuki, Güney Azərbaycanda stadionları milli haqların tələb edildiyi meydana çevrilir və Azərbaycan komandalarının tərəfdarları arasında möhkəm birlik və həmrəylik mövcuddur. Rejim bu fitnəkarlıqla Azərbaycan şəhərləri arasında və ümumiyyətlə Azərbaycan komandalarının tərəfdarları arasında ixtilaf yaradıb Azərbaycan Milli Hərəkatını zəiflətmək istəyir.