Çərşənbə , İyun 10 2026
azfa

İrqçi fars rejim qıtlıq qorxusundan ərzaq məhsullarının çıxışına qadağa qoyub

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi və işğalçı fars rejimin yarıtmaz siyasəti nəticəsində dolların kəskin bahalaşması və onunla yanaşı Azərbaycan manatının da bahalaşması, iqtisadi durumun çətinləşməsinə səbəb olmuş və rejim ölkədən ərzaq məhsullarının çıxarılmasına qadağa qoyub.

Bu qadağaya səbəb isə əvvəllər eyni pula az ərzaq düşməsinə baxmayaraq, indi iki və daha artıq sayda ərzaq düşməsidir.

Rejim ərzaq məhsullarının xaricə daşınması və qıtlıq yaranmasının qarşısını almaq üçün rejimin gömrük xidməti düyü, qənd, çay, şəkər tozu və s. ərzaq mallarının xaricə və o cümlədən Azərbaycan Respublikasına keçməsinə qadağa qoyub. Artıq adıçəkilən məhsullardan 1 kq belə gətirmək mümkün deyil.

Xatırladaq ki, sentyabr ayında rejim qadağa tətbiqinə yeni başlamış və Bakıdakı Təbriz məhsulları satılan mağaza satıcılarının dediklərinə görə, bir məhsuldan ancaq 4-5 kq gətirmək mümkün idi. Həmin mağazalarda qiymətlər də qalxıb. Bu da məhsulların qiymətinin artması ilə bağlıdı.

Həmçinin yoxlayın

Urmiyada mərhum ustad İsa Nəzərinin vəfatının qırxı mərasimi keçirilib- Video

GADTB: Tanınmış jurnalist və Azərbaycan milli fəallarından biri olan mərhum İsa Nəzərinin vəfatının qırxıncı günü …

ABŞ İran daxilində 20 hədəfə zərbə endirdiyini açıqladı

GADTB: ABŞ-ın yüksək vəzifəli rəsmilərindən biri Fox News telekanalına bildirib ki, çərşənbə axşamı gecəsi həyata …

Bir cavab yazın