Bazar ertəsi , Oktyabr 28 2024
azfa

İrqçi fars rejim azərbaycanlı fəal Rza Zarei Apelyasiya Məhkəməsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Rza Zarei rejimin Şərqi Azərbaycanda yerləşən Apelyasiya Məhkəməsinə çağırıb.

Çağırışa əsas azərbaycanlı fəal oktyabrın 7-də Apelyasiya Məhkəməsinə müraciət etməlidir.

Azərbaycanlı fəal bundan əvvəl Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, Rza Zarei rejim tərəfindən şərlənərək “Fiziki şəxslərə məxsus lövhələri dağıtmaq, sistemin əleyhinə təbliğat aparmaq və təhlükəsizliyi pozmaq məqsədi ilə qrup yaratmaq, eləcə də ölkənin təhlükəsizliyinin əleyhinə toplaşma” ittihamı ilə mühakimə edilib.

Fəal ötən il payızın əvvəl ayında Sepahın təhlükəsizlik bölməsinin məmurları tərəfindən Təbrizdə yaxalanmışdır. O 17 gün rejimin ETTELAAT İdarəsinin təcridxanasında və 3 gün Təbrizin Mərkəzi Zindanında saxlandıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Azərbaycanlı fəal ona qarşı irəli sürülən bütün ittihamları rədd edərək bunu təhlükəsizlik orqanlarının quraşdırdığı dosye adlandırıb.

Həmçinin yoxlayın

Sayın Mikayıl bəy Oyta və Sara xanım Azərsun Türkiyə Cümhuriyyətinin 101 illiyi tədbirlərinə qatılıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türkiyə Cümhuriyyətinin qurulmasının …

Salar türkləri, yaşadığı yerlər və dili

GADTB: “Türk dilinin sehirli dünyası” rubrikamızda Çin tərəfindən rəsmi olaraq türk və sünni-müsəlman kimi qəbul …

Bir cavab yazın