Cümə axşamı , May 14 2026
azfa

Quzey Azərbaycanda e.ə. IV-III minilliyə aid abidədə yeni tapıntılar aşkarlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran arxeoloji ekspedisiyası Şabran rayonu ərazisində yerləşən e.ə. IV minilliyin sonu – III minilliyin əvvəlinə aid Çaqqallıqtəpə abidəsində arxeoloji qazıntılar zamanı yeni tapıntılar aşkar edib.

Tapıntılara üzəri yüngül konstruksiya ilə örtülmüş dairəvi evləri göstərmək olar. Bu evlərin içərisində erkən tunc dövrünə aid manqal aşkarlanıb ki, bu tip manqallara da Kür-Araz mədəniyyətinin yayıldığı bütün ərazilərdə rast gəlinir.

Bundan başqa, qazıntı sahəsinin qərb hissəsində divarları çay daşları ilə hörülmüş dairəvi ev qalığı, həmçinin üç ədəd təsərrüfat quyusu aşkar olundu.

Tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri sırasında çox sayda əmək alətləri, dən və çaxmaq daşları, ox ucluqları, oraq dişləri və bir ədəd küpə tipli bütöv qab da var.

Ümumilikdə, qazıntı işləri zamanı abidə ərazisindən tapılan materialların əksəriyyəti keramika məmulatıdır ki, bu da abidənin tarixini müəyyənləşdirməyə kömək edən əsas amillərdəndir. Keramika nümunələrinin əksəriyyəti üzərində yarımşar formalı qulplar Kür-Araz mədəniyyətinin əsas atributu hesab olunur.

Eyni zamanda, qazıntılar vaxtı çaxmaq daşından hazırlanmış ox ucluqları da aşkarlanıb. Bu da eradan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəlində burada yaşayan yerli əhalinin əkinçilik və maldarlıqla yanaşı, ovçuluqla da məşğul olduğunu sübut edir. Həmçinin, buradan tapılan sümükdən hazırlanan bizlər, iynələr yaşayış məskənində toxuculuq mədəniyyətinin də formalaşdığından xəbər verir.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …

ABŞ enerji naziri: İran rejimi silah səviyyəli urana çox yaxınlaşıb və bir neçə həftə ərzində buna çata bilər

GADTB: ABŞ enerji naziri Kris Rayt açıqlamasında bildirib ki, İran İslam Respublikası silah səviyyəsində zənginləşdirilmiş …

Bir cavab yazın