Cümə axşamı , Oktyabr 22 2026
azfa

İrqçi fars rejim erməni təcavüzünü pislədiyinə görə Əkbər Mühacirini mühkimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim erməni təcavüzünü pislədiyinə görə Əkbər Mühacirini dekabr ayının 30-da mühkimə edib.

Məhkəmə iclası rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin birinci şöbəsində keçirilib.

Erməni təcavüzünü pislədiyinə görə azərbaycanlı fəalla qarşı “Toplaşma və əlbir olmaq” ittihamı irəli sürülüb.

Dindirmə zamanı Əkbər Mühacirinin məmurların suallarını cavablandırmaqdan imtina etməsi və əleyhinə fakt və sənədlərin olmaması üzündən rejimin ETTELAAT idarəsi məhkəmə iclasında fəala qarşı 2019-cu ilin noyabr ayında yanacağın qiymətinin artmasına etiraz olaraq keçirilən aksiyalarda iştirakı barədə köhnə məhkəmə işindən istifadə edib.

Rejimin ETTELAAT idarəsi bu yolla tanınmış mədəni fəala qarşı maksimum təzyiq göstərmək istəyirb.

Qeyd edək ki, Əkbər Mühaciri oktyabrın 17-də, Güney Azərbaycan şəhərlərində Azərbaycan Orudusuna dəstək və Nurduz gömrüyünün bağlanması tələbi ilə keçirilən aksiyalardan 1 gün qabaq Təbrizdə öz evində yaxalanıb və 28 oktyabrda mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …