Bazar ertəsi , Noyabr 16 2026
azfa

İrqçi fars rejim Meşginşəhrdə Moil mədənini talayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Meşginşəhr bölgəsində Savalan dağının ətəyində yerləşən  Moil mədəni irqçi fars rejim tərəfindən talanır.

Məlumata görə, Moil mədəninin torpağı təxminən 8 ildir rejimin rəsmiləri tərəfindən qanunsuz şəkildə qarət edilir və nəticədə bölgənin sərvətləri talanıb, əıtraf mühiti isə çirkləndirilir.

Mədəndən çıxarılan torpaqda əsas dəmir və mis olmaqla 18 növ filiz və ünsür vardır. Mədəndən qarət edilən məhsulunun Çin şirkətlərinə satıldığı bildirilir.

Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanın əksər mədənlərini talayıb ya satır və ya fars şəhərlərinə daşıyır.

Həmçinin yoxlayın

Təbrizdə “Aşıqlar gecəsi” mərasimi: Aşıq sənətinin 40 tanınmış veteran sənətkarı təltif olunacaq

GADTB: Şərqi Azərbaycan Aşıqlar Mədəniyyət və İncəsənət Dərnəyi vilayətin Mədəniyyət və İslami İrşad Baş İdarəsi …

Azərbaycanın Traxtur komandası Asiyanın ən çox azarkeş toplayan ikinci komandası oldu

GADTB: Asiya Futbol Konfederasiyasının açıqlamasına görə, Azərbaycanın Traxtur komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin Əl-Vəhdə komandası …

Bir cavab yazın