Cümə , Oktyabr 23 2026
azfa

İrqçi fars rejim sanksiyaları atlamağa can atır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim sanksiyaları atlamağa can atır. Rejim noyabrda gözlənilən sanksiyalara cavab tədbirləri hazırlayır. Artıq ilkin mərhələ olaraq Mərkəzi Bankının beynəlxalq banklararası hesablaşma və məlumat mübadiləsi sistemi olan SWIFT-dən çıxacağı bildirilir. Rejim beləliklə sanskiyaların təsirini maksimum azaltmağa çalışır və başqa maliyyə sisteminə keçmək üçün cəhdlər edir.

İran Mərkəzi Bankı artıq alternativin hazırlandığını bildirsə də, söhbətin konkret olaraq hansı proqramdan getdiyini açıqlamayıb.

Sadəcə “Bu proqramın yaranması üçün göstərilən səylərin uğurla nəticələnəcəyinə ümid edirik”,- deyə bankın açıqlamasında vurğulanıb.

Xatırladaq ki, beynəlxalq banklararası hesablaşma və məlumat mübadiləsi sistemi olan SWIFT 1973-cü ildə yaradılıb.

Sistemin ABŞ, Hollandiya, İngiltərə və Honq- Konqda mərkəzi var. ABŞ tərəfi məhz bu sistem vasitəsilə digər ölkələrin maliyyə əməliyyatlarını nəzarətdə saxlaya bilir.

 

Həmçinin yoxlayın

Azərbaycanın “Traxtur” komandası qələbə qazandı; azarkeşlərdən irqçiliyə etirazı – VİDEO

GADTB: Azərbaycan “Traktor”u “Sənaye Nefti” komandası üzərində 3:0 hesablı inamlı qələbə qazanaraq yenidən qələbə yoluna …

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Bir cavab yazın