Cümə , Aprel 19 2024
azfa

İrqçi fars rejim Yekanat bölgəsi mədənlərinin talanmasına etiraz edənləri ETTELAAT İdarəsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrqçi fars rejim Mərəndin Yekanat bölgəsində Qaladağı ərazisinin təbiətinin məhv edilməsi və mədənlərin talanmasına etiraz edənlərdən bəzilərini istintaq üçün ETTELAAT İdareəsinə çağırıb.

Rejimin Mərənd şəhərində yerləşən ETTELAAT İdarəsinə çağırılan etirazçılara “Aşıq Əli Abidin, Məhəmməd Xızırlı, Musa Nəzəri və Əbülfəz Fərz Əlizadə” daxildir.

Qeyd edək ki, Şərqi Azərbaycanın Yekan sakinləri sentyabrın 9-da bölgənin təbiətinin məhv edilməsinə və indiyə qədər bölgə əhalisinə heç bir qazancı olmayan Yekan mis mədəninin ifrat istismarına qarşı etiraz aksiyası keçirməyə başlayıblar. Həmin etirazlar ardıcıl şəkildə davam edib. Əhali mədənlərin İsfahan və Thranın farsları tərəfindən talanmasına etiraz edirdilər.

Aksiya iştirakçıları üzərində “Qaladağını viran etməyin” və “Qaladağı qəlbimizdir, qəlbimizi viran etməyin” şüarları yazılmış plakatlarla mis mədəninin fəaliyyətinə son verilməsini tələb ediblər.

Yekan mis mədəni Şərqi Azərbaycan vilayəti və Mərənd rayonunun Yamçı hissəsində yerləşir. Mədən 32 min ton mis ehtiyatına malikdir.

Həmçinin yoxlayın

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

Bir cavab yazın