Cümə , Aprel 26 2024
azfa

İrqçi fars rejim zindanda Vasiqi qardaşlarınln saxlandığı yeri dəyişdirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Ərdəbil zindanında həbs etdiyi Əli və Rza Vasiqi qardaşlarını yenidən Ərdəbil zindanının 13-cü bölməsinə köçürüb.

Həmin azərbaycanlı siyasi məhbuslar Abbas Lisaninin başladığı aclıq aksiyasına qoşulduqları üçün iyunun 13-də Yusif Kari və Mehrdad Şeyxi ilə birlikdə Ərdəbil həbsxanasının karantin bölməsinə köçürülmüşdülər. Onlara hətta doğmaları ilə telefon əlaqəsi yaratmaq hüququndan da məhrum edilmişdilər.

Fəalların aclıq aksiyası sona çatdıqdan sonra Rza Vasiqi zindanın təhlükəsizlik bölməsi olan 7-ci bölməyə, Əli Vasiqi isə Mehrdad Şeyxi ilə birlikdə zindanın 2-ci bölməsinə koçürülmüşdülər.

Qeyd edək ki, Vasiqi qardaşları 2020-ci il iyun ayının 10-da Ərdəbil şəhərindəki öz iş yerlərində təhlükəsizlik məmurlarının hücumu ilə yaxalanmışdılar. Rejimin məmurları azərbaycanlı fəalları yaxalayarkən vəhşicə\sinə döymüşdülər. Həbsdən sonra fəalların bədənində hətta işgəncə izləri də qalmışdı.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …