Bazar ertəsi , Mart 24 2025
azfa

İrqçi fars rejimi nüvə sazişinə görə hədə-qorxu gəlməyə başladı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejiminin Atom Enerjisi üzrə Agentliyinin rəisi Əli Əkbər Salehi nüvə sazişinə görə Qərbə hədə-qorxu gəlməyə başladı. O deyib ki, hərtərəfli Birgə Fəaliyyət Planı pozulsa İran mütləq cavab addımları ataraq milli maraqlarını qoruyacaq.

O bildirib ki, ABŞ da daxil olmaqla İran ilə Qərb dövlətləri arasında 2015-ci ildə əldə olunan razılaşma BMT və digər beynəlxalq təşkilatlar tərəfindən tanınaraq təsdiq edilib. ABŞ-ın bu razılaşmanı pozmağa çalışması cavabsız qalmayacaq.

Əli Əkbər Salehi ABŞ-a və bəzi Avropa dövlətlərinə xəbərdarlıq edib ki, razılaşma pozulsa və İrana qarşı yeni sanksiyalar tətbiq edilsə Tehranın cavabı çox sərt olacaq.

Xatırladaq ki, 2015-ci ildə İran adlanan ölkə ilə Qərb ölkələri arasında İran adlanan ölkənin nüvə proqramının məhdudlaşdırılmasına dair sənəd imzalanıb. Razılaşmaya əsasən rejim sanksiyaların aradan qaldırılması müqabilində nüvə proqramını dayandırmalıdır. Lakin ABŞ-ın prezidenti seçilən Donald Tramp bu razılaşmanı məqsədəmüvafiq hesab etmir və irqçi fars rejiminə qarşı yeni sanksiyalar tətbiq edəcəyini bildirir. Rəsmi Tehran nüvə proqramını dayandırsa da, Vaşinqton yeni iddia ilə çıxış edərək İranın raket proqramının da dayandırılmasını istəyir.

 

Həmçinin yoxlayın

Qorxuya düşən molla rejimi ABŞ-la barışıq üçün terrorçularını sakitliyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ciddi təhlükə hiss edən molla rejimi ABŞ-la barışıq …

Avstraliya Azərbaycan Assosiasiyası və Güney Azərbaycan Demokratik Türk Birliyi Yaz bayramı şənliyi təşkil ediblər- Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün mart ayının 23-də Avstraliya Azərbaycan Assosiasiyası …

Bir cavab yazın