İrqçi fars rejimin Azərbaycan adını təhrifetmə planları davam edir-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Azərbaycan adını təhrif etməkdə davam edir.

İranın dövlət kanalında canlı proqramda aparıcı ölkə vilayətlərinin adlarını sayarkən məqsədli şəkildə Qərbi Azərbaycan vilayətinin adını təhrif edərək Azəri Qərbi şəklində işlədib.

Rejimin Azərbaycan adını məhvetmə və Azərbaycan əhalisində fərqli kimlik yaratma planı çərçivəsində artıq dövlət televiziyasında məqsədli şəkildə davamlı olaraq Azərbaycan adını bu şəkildə təhrif edib, bu adı silməyə çalışırlar.

Bu gedişatla düşünülür ki, gələcəkdə Azərbaycan vilayətlərinin də adını rejim dəyişəcək. Lakin artıq rejimin oxu daşa dəyib və Azərbaycan türk milləti öz kimliyi və vətənini qorumaq üçün hər şeyə hazırdır.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın