Türkiyənin ABŞ-a İran adlanan ölkəyə sanksiya ilə bağlı şərtləri

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin İrana qarşı sanksiyalar məsələsində mövqeyi ABŞ-ın edəcəyi təkliflərdən asılı olacaq. Bu iddia ilə Türkiyənin hökumətyönlü “Deyli Sabah” qəzeti çıxış edib.

“ABŞ zamanında İrana qarşı sanksiyalar tətbiq edəndə bu, fransız və alman şirkətləri tərəfindən pozuldu. Türkiyə ona qismən əməl etdi və onun neqativ təsirlərini qızıl vasitəsilə edilən ticarətlə neytrallaşdırmağa çalışdı. Hər kəsə sonradan baş verənlər aydındır. Barak Obama administrasiyası İranla razılaşma imzaladı və zərbə Türkiyəyə dəydi.

Görünən odur ki, ABŞ İrana qarşı sanksiyalara öz baxış bucağından yanaşır və NATO-dakı müttəfiqi olan Türkiyənin iqtisadi maraqlarına tamamilə laqeyd qalır. İstənilən halda Vaşinqton Ankaranın qaydalara ciddi əməl edəcəyini gözləyir.

Tamamilə aydındır ki, Vaşinqtonun Türkiyəyə yanaşmasında ciddi problemlər mövcuddur. Əgər ABŞ siyasətçiləri Ankaranı öz maraqlarına zidd hərəkətə məcbur etməyə davam etsələr, bundan heç nə əldə edə bilməyəcəklər. Əgər Vaşinqton Türkiyənin sanksiyalara əməl etməsini istəyirsə, o zaman mütləq Ankara ilə daha geniş strategiya haqqında razılıq əldə edilməlidir. Birincisi, iki ölkə arasında Suriyadakı hədəflər, PKK-nın Suriya filialı barədə fikir ayrılığı olmamalıdır. İkincisi, ABŞ Fətullah Güləni və FETÖ üzvlərini Türkiyəyə ekstradisiya etməlidir. Üçüncüsü, Vaşinqton Türkiyənin İrana qarşı sanksiyalarla bağlı qısa və uzunmüddətli iqtisadi itkilərini mütləq qarşılamalıdır. Dördüncüsü isə ABŞ rəsmi şəxsləri Ankaraya İran olmayacağı təqdirdə Türkiyənin qaza olan tələbatını necə ödəyəcəklərini izah etməlidir. Türkiyəyə qaz tədarükü məsələsi diqqətdən yayınmamalıdır”, – deyə məqalədə bildirilib.

Həmçinin yoxlayın

İranın neft depolama tutumu dolmaq üzrədir

GADTB: Tehran üzən anbarlara üz tutub və neft tankerlərini anbara çevirib. Yaxın günlərdə neft hasilatının …

Azərbaycanlı fəal Əyyub Şirinin qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edir

GADTB: Azərbaycanlı mədəni fəal Əyyub Şiri 11 fərvərdin 1405-ci il tarixindən etibarən saxlanılıb və hələ …

Bir cavab yazın