Cümə axşamı , May 15 2025
azfa

İrqçi fars rejimin həbs etdiyi Saman Bidar vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurlarıın yaxaladığı azərbaycanlı fəal mart ayının 8-də 50 milyon tümənlik tümənlik mülki vəsiqə qarşılığında Ərdəbildə mərkəzi zindandan zaminə buraxılıb.

Azərbaycanlı fəal Saman Bidar fevralın 28-də rejimin təhlükəsizlik məmurları tərəfindən yaxalanmışdı.

Saman Bidar ailəsinə bildirmişdi ki, saxlanılandan bir gün sonra, fevralın 29-da rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 9-cü istintaq şöbəsində ittihamının “Sistemə qarşı təbliğat” olduğu bildirilib.

Azərbaycanlı fəal ondan müvəqqəti sərbəs buraxılması üçün 50 milyon tümən girov tələb olunduğunu və iki gün təcridxanada saxlanıldıqdan sonra rejimin Ərdəbildəki zindanına köçürüldüyünü söyləmişdi.

Saman Bidar martın 4-də Ərdəbildə Şam Əsbi zindanın istintaq təcridxanasına köçürülmüşdü.

Həmçinin yoxlayın

Özbəkistanda qədim türk yazılı sikkələr aşkarlanıb

GADTB: Özbəkistanda VI əsrə aid olduğu təxmin edilən türk pulu aşkarlanıb. Göytürk dövrünə aid olduğu …

ABŞ konqresmənləri Trampı İrandakı uran zənginləşdirməsini ləğv etməyə çağırıb

GADTB: ABŞ Konqresindəki 200-dən çox Respublikaçı nümayəndə və senator Donald Trampı İrana qarşı sərt mövqeyinə …