Şənbə , Aprel 20 2024
azfa

Xristian Türklər – Qaqauzlar

GADTB: Qara dənizin şimalına əsrlər öncə köç edən, Oğuz boyundan gələn soydaşlarımız Qaqauz (Göy Oğuz) türkləri, bu gün türklüyü, heç bir yerdə görülməyən bir bağlılıqla yaşamağa çalışırlar. Çətinliklərə və təzyiqlərə baxmayaraq, qurduqları muxtar rəhbərliklə Moldovada öz bayraqları altında yaşamaq üçün var gücləri ilə səy göstərirlər. Ata yurdlarından ayrılmaq, slavyan təsiri altına girmək və dəfələrlə müxtəlif təzyiqlərlə oyunlara məruz qalmaq, onların öz dəyərlərinə daha da möhkəm bağlanmasına səbəb olmuşdur. Beləcə, digər Oğuz boylarından ayrılalı yüz illər keçməsinə baxmayaraq, hələ də Oğuz Atanın boyuna layiq olmaq üçün, inadla türk şüurunu yaşayır, yaşadırlar.

Bütün Oğuzların atası olaraq qəbul edilən Oğuz Xaqanın – “Göy – Oğuz” adından törəyərək, meydana gəldiyi hesab olunan “Qaqauz” adının mənşəyi haqqında fərqli düşüncələr də vardır. Aparılan araşdırmalar, Qaqauz türklərinin Peçeneklərlə çox yaxın əlaqəsi olduğunu göstərir. Təxminən 11-ci əsrdə Tunanı keçərək, Balkanlara doğru köç edən qaqauzlar, daha sonra Ortodoks xristian olublar, bir müddət Osmanlı hakimiyyətində qaldıqdan sonra 18 – 19-cu əsrdə yayılan müstəqillik hərəkatlarından təsirlənərək, yenidən Tunaya köç ediblər. Sovetlər Birliyi onların yerləşməsi üçün Tuna Çayının ətrafında yer ayırmışdır. O dövrdən bəri, bu gün Komrat adlandırılan torpaqlarda yaşayan qaqauzlar, hazırda, Sovetlər Birliyi dağıldıqdan sonra qurulan müstəqil Moldova Respublikasının tərkibində “muxtar” bir dövlət olaraq, yaşayırlar. Bir xalq qiyamı nəticəsində öz haqqını əldə edən qaqauzların öz bayraqları, milli marşları, məhdud səlahiyyətlər çərçivəsində qanunvericilik -icra-məhkəmə qanunlarının qəbul olunduğu məclisləri və millət vəkilləri var. Moldova Konstitusiyasında təyin olunan sərhədləri aşamasa da, bu muxtar dövlət, öz içində qanun-qaydanı təmin edə biləcək bir gücə sahibdir.

Bu gün təxminən, 250.000 qaqauz türkünün yaşadığı deyilir. Onların hamısı Qaqauziyada yaşamır. Başda Moldova və Ukrayna olmaqla Rusiya, Yunanıstan , Bolqarıstan və Türkiyədə də yaşadıqları bəllidir. Qaqauzya adı verilən muxtar dövlətin sahəsi 1,832 km2 civarındadır. Sahə baxımından çox böyük deyil və torpaqlar da çox məhsuldar deyil. Xalqın gəliri orta səviyyədədir. Moldova lirəsi (ML) cari pul vahidi olaraq istifadə edilir. Quraq iqlim və səmərəsiz torpaqlar üzündən əkinçilik aşağı səviyyədədir; lakin heyvandarlıq və şərabçılıq iqtisadiyyatda əhəmiyyətli yer tutur. Qaqauziyada yaşayan türklər, öz millətlərinə çox bağlıdırlar.

Qaqauzların ən diqqət çəkən xüsusiyyətləri, şübhəsiz xristian olmalarıdır. Bu gün dünyadakı bütün türklərin böyük qisimi müsəlmandır. Qaqauzlar isə, Altay, Tuva, Çuvaş, Yakut… türkləri kimi müsəlman deyillər. Bu mövzu, keçmişdən bəri çox müzakirə olunur. İndiki vaxtda dayaz düşüncəli bəzi insanlar, ” Müsəlman olmayan, türk ola bilməz” kimi xoşagəlməz ifadələr işlədirlər. Bu uydurma sözlərə inanmaq, gözümüzü dünyaya bağlamaq deməkdir. Türkçülərlə Türk – İslam sintezçiləri arasında müzakirələrə səbəb olan qaqauzlar, təəssüf ki, bu müzakirələrin kölgəsində qalacaq qədər diqqətsiz buraxılmışdır. Hətta həmişə “Müsəlman bir ölkə ilə qaqauzlar döyüşsələr, hansına köməyə gedərsiniz? ” deyə sual olunur. Bu sual, türklüyü və türkçülüyü yaralamaqdan başqa məqsəd daşımır, özündə, türkçülükdən çox ümmətçiliyi ehtiva edir. Belə bir vəziyyətdə, gerçək bir türkçünün, şübhəsiz qaqauzların yanında olması lazımdır. Elə bu cür müzakirələrlə dinləri üzündən tənqid olunan qaqauzlar diqqətdən kənarda qalmışlar.

Qaqauzlar, Ortodoksxristianlığını qəbuletmiş birtürkbirliyidir. Balkanlara Qara dənizin şimalından köç edərkən köç yolları üzərində müsəlman cəmiyyətlərilə qarşılaşmadıqlarına görə, getdikləri yerdə yaşayan slavyanların dinindən təsirlənmiş və xristian olmuşlar. Xristianlıqları, olduqca qədim tarixə əsaslanır. Mənimsədikləri din, normal Ortodoks xristianlığından, olduqca fərqlidir. Xristianlığa uyğun gəlməyən inancları da var. Çünki qaqauzlar, köhnə türk inancı olan “Göy Tanrı Dini” ( Şamanizm ) ilə xristianlığı birləşdirərək, xüsusi bir inanc forması meydana gətiriblər. Nümunə göstərmək lazım gəlsə, xristianlıqda “qurbankəsmə” ibadəti yoxdur. Hətta bu, məsləhət görülməz; lakin qaqauzlar köhnə türk inancında “Iduk” (müqəddəs) qəbul edilən Tanrı üçün hər il qurban kəsirlər. Bununla birgə Şamanizmdəki təbiətə verilən dəyər, qaqauzlarda da davam etməkdədir . Qaqauzlar, din mövzusunda eynilə soylarına bağlı olduqları kimi bağlılıq göstərərlər. Özlərinə xas inanc strukturlarını, hər zaman müdafiə edirlər. Çox vaxt klassik Ortodoks təlimlərinə uyğun gəlməyən inancları mənimsəyirlər və bunu heç bir zaman səhv sanmırlar. Bu inanclar, şübhəsiz insanları və ya cəmiyyətləri maraqlandıran mövzulardandır. Ona görə də qaqauzları, yalnız xristian olduqları üçün tənqid etmək çox dayaz bir düşüncə formasıdır. Bu gün bütün Azərbaycan türkləri xristian olsa belə, onlar yenə də türkdürlər. Onları, sırf xristian olduları üçün silib atmaq, türklük şüurunu layiqincə mənimsəməməyə bir işarədir.

“Qaqauzca” adlandırılan qaqauz dili, Türkiyə türkcəsinə ən yaxın dillərdən biridir. Türkiyə türkcəsini bilən biri, bir qaqauz türkü ilə çox rahat danışa bilər. Çünki sözlərin çoxu ortaqdır və səslənmələr Türkiyə türkcəsinə çox yaxındır. Türkiyə türklərinin İslamı qəbul etməsiylə birlikdə Ərəb – Farscadan sözlərin dilimizə girməsinə görə, bizim dilimizdə, qaqauz türkcəsindən daha çox Ərəb – Fars təsiri duyulmaqdadır. Bizdə əcnəbi mənşəli bir çox sözlər, qaqauzcada türk mənşəlidir. Məsələn dilimizə Ərəbcədən keçən ” məclis” sözünü qaqauzlar “topluş” kimi istifadə edirlər. Buradan da aydın olur ki, qaqauz dili, yüngül bir slavyan təsiri nəzərə alınmazsa, köhnə türkcəyə daha yaxındır, yəni daha az pozulmuşdur. Bu gün Qaqauzyada üç rəsmi dil vardır. Bunlardan birincisi, qaqauzların öz dili olan qaqauzca, digər ikisi isə moldovca (Rumın) və rus dilidir. Lakin qaqauzlar öz dillərinə çox əhəmiyyət verirlər və uşaqlarına ən başlıcası müqəddəs türkcələrini öyrədirlər. Hətta uşaqlarına “Ey , sen ne soy qaqauzsun, açan bilmerin bizimce lafetmee?” deyə soruşaraq, onların öz dillərinə bağlı qılmasaına çalışırlar. Onların dillərində Slavyan – Latın mənşəli yadlaşmalar meydana gəlməməsinin əhəmiyyətli bir səbəbi isə, məşhur qaqauz professoru Ay Baba Mixail Çakırın, İncili türkcəyə çevirməsi və beləcə tapınma ( ibadət ) dilinin Türkcə edilməsidir. Qaqauz türklərinin adları, ümumiyyətlə dini adlar olduğu üçün türkcə deyil. (Mariya, Dimitri, İvan, Saveliy…) Lakin soyadlarının az qala hamısı türk mənşəlidir. (Sarı, Quru, Demirci, Kazancı, Taşoğlu…) Ayrıca yer adları da həmişə türk mənşəlidir.

Qaqauzyada olduqca zəngin bir mədəniyyət var. Oradakı həyat, nə tamamilə türk həyatına bənzəyir, nə də xristian həyatına… Dəyərlərinə möhkəm bağlı olan Göy Oğuzlar, fərqli və xüsusi bir həyat tərzini seçmişlər. Qaqauzlar, doğumdan sonra körpələri kilsəyə aparırlar. Rahib, uşağı üç dəfə oxunmuş suya batırıb çıxardıqdan sonra dualar oxuyur və uşaq kilsənin içərisində gəzdirilir . Bir neçə əməliyyatdan sonra körpə anasına verilir. Ölümdə də fərqli adətləri var; ölü, üç gün evdən çıxarılmır, bütün sevdikləriylə vidalaşması üçün ona fürsət verilir. Üç gün ərzində sevdikləriylə vidalaşandan sonra, bütün əşyalarıyla (yorğan , döşək…) birlikdə bağçaya çıxardılır, orada Şamanlıq xüsusiyyəti daşıyan bir iki mərasim icra olunur. Daha sonra, əgər varsa, o evin heyvanlarından kəsilir, gələnlərə çörək və şirniyyat verilir. Sonra cənazədə olanlar ağır – ağır məzarlığa gedir, ölünü torpağa verirlər . Bu dini ənənələrdən ayrı olaraq, türk kimlikləriylə əlaqədar da çox əhəmiyyətli proqramları var. Bildiyimiz kimi “qurd”, türklərin ən qədim simvoludur və türklər, qurda çox böyük önəm verirlər. Qaqauzlar da qurdlara çox dəyər verirlər, onun şəklini bayraqlarına həkk etmişlər və onun adına bayramlar keçirirlər. Qurda “canavar” deyən qaqauzlar, hər il 10 – 17 dekabr tarixləri arasında “Canavar yortusu ” (Kurt Bayramı) təşkil edib, şənlənirlər. Bu bayramlarda çadırlar qurub at minir, kumızlar içib türklüklərini yaşatmağa çalışırlar. Qaqauz kişilərinin içində, Oğuz Ataya  xas olan bir tərzdə bığ saxlayanlar da çoxdur.

Qaqauzlar, şəraba çox əhəmiyyət verirlər. Çünki gəlirlərinin yarısından çoxunu şərabdan əldə edirlər. Ölkənin torpaqlarının məhsuldar olmaması və yağış miqdarlarının azlığına görə iqlimin quraq keçməsi üzündən burda əkinçilik inkişaf etməmişdir. Torpaqda, əl əməyi, göz nuru olaraq işləmək istəyən Göy Oğuzlar, müəyyən bölgələrdə torpağı canlandırmış və suvarma problemlərinə baxmayaraq, xüsusilə bağcılığı inkişaf etdirmişlər. Çox keyfiyyətli üzüm yetişdirən qaqauzlarda, az qala hər evdə bu üzümlərdən şərab hazırlanır. Qonaqlara şərab vermədən yola salmırlar . Onsuz da hazırladıqları şərabların çoxunu, xaricə çox yaxşı pula satırlar. Həm bu cür gözəl bir gəlir qaynağına səbəb olan, həm də artıq mədəniyyətə xidmət edən şəraba bu məzmunda çox böyük əhəmiyyət verirlər. Üzümdən əlavə, günəbaxan, tütün, soya … əkin-səpini də edirlər .

Moldova lirəsı (ML)-nı istifadə qaqauzlarda iqtisadi vəziyyət orta səviyyədədir. Təhsil isə olduqca inkişaf etmişdir. Qaqauzya daxilində 45-ə yaxın kitabxana, ilk-orta və lisey səviyyəsində təhsil verən 55 dənə məktəb və Türkiyə Respublikasının da köməyilə yaradılan Komrat Universiteti var. Bunlardan əlavə TİKA-nın dəstəyi ilə qurulan Atatürk Mədəniyyət Evi və muzeylər də var. Türkiyəylə çox əlaqəli olan və Türkiyə türklərini çox sevən qaqauzlar, ümumiyyətlə Komrat bölgəsində dinlənilən qaqauz radiosunda qaqauzca verilişlər verilir Ayrıca hər gün, hər evə bir qəzet verilir. Roman, hekayə, şeir … kitabları  nəşr olunur.

Bir sözlə, qaqauzlar yüz illərdir soydaşlarından ayrı yaşadıqları halda öz dillərini yaşadan, türklüyünə bağlı və əksəriyyəti türkçülərdən ibarət olan bir Türk birliyidir. Bir gün bir külək qalxaraq o külləri dörd yana sovurarsa, Türkün gücünə bənzətdiyimiz o atəş yenidən bütün dünyanı isitməyə, nura boyamağa başlar.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …