Cümə , Aprel 26 2024
azfa

İrqçi fars rejimin məhkəməsi azərbaycanlı fəal Höccət Muxtarzadəni cərimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Şərqi Azərbaycandakı Appleyasiya məhkəməsi azərbaycanlı milli-mədəni fəal Höccət Muxtarzadə barədə rejimin çıxardığı cəriqə qərarını qüvvədə saxlayıb.

Rejimin məhkəməsi  noyabrın 8-də fəalı şərləyərək “Yalan məlumat yaymaq”da ittiham edərək, onu 5 milyon riyal nağd cərimə cəzasına məhkum edilmişdi. Hazırda isə qərar olduğu kimi təsdiqlənib.

Bundan əlavə isə rejim  noyabrın 18-də azərbaycanlı fəalı şərləyərək, Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 12 saylı şöbəsidə “Sistemə qarşı təbliğat” və “GAMAC-a üzvlük”də ittiham etmişdi. Lakin hələlik bununla bağlı qərar məlum deyil.

Qeyd edək ki, azərbaycanlı milli fəal 2019-cu il noyabrın 17-də Təbriz şəhərində öz iş yerinə yaxalanmışdı. O, 14 gün rejimin Təbrizdəki ETTELAAT İdarəsində saxlanıldıqdan sonra zindana köçürülmüş və dekabrın 16-da 100 milyon tümənlik girov müqabilində zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzaiyə hələ də məzuniyyətdən məhrumdurlar

GADTB: Azərbaycan Milli Hərəkatının məhbus fəalları Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzai …

Qarabağda Türkiyə-Rusiya Monitorinq Mərkəzi bu gün bağlanır

GADTB: Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq. Bununla bağlı tədbir təntənəli …

Bir cavab yazın