Çərşənbə , Avqust 12 2026
azfa

İrqçi fars rejimin məmurları azərbaycanlı fəal Rəhman Qasimini Təbrizdə həbs etdilər

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı və irqçi fars rejimin məmurları azərbaycanlı fəal Rəhman Qasimini Təbriz şəhərində həbs etdilər. Urmiya şəhərinin sakini olan azərbaycanlı fəal yaxalanandan sonra naməlum istiqamətə aparılıb.

Hələlik fəalın yaxalanma səbəbi və nədə ittiham edildiyi barədə heç bir məlumat verilmir.

Qeyd edək ki, Urmiya sakini olan Rəhman Qasimi tanınmış azərbaycanlı fəal Ulduz Qasiminin qardaşıdır. Həmin fəal dəfələrlə rejimin əmniyyət qüvvələri tərəfindən sorğu-suala çəkilərək mühakimə edilmişdir.

Sonuncu dəfə isə azərbaycanlı fəal Babək qalasından qayıdarkən bu il 2018-ci iyul ayının 7-də yaxalanmışdı.

Həmçinin yoxlayın

ABŞ senatoru; İran rejiminin Hörmüz boğazı yaxınlığındakı qalıq hərbi imkanları məhv edilməlidir

GADTB: ABŞ Senatının respublikaçı üzvü, senator Tom Koton İran rejiminin rəhbərləri ilə məqbul bir razılaşmanın …

Mossadın keçmiş rəhbəri: Fordo nüvə obyektinə bir neçə dəfə baş çəkmişəm

GADTB: Mossadın keçmiş rəhbəri Yossi Kohen İranın Fordo nüvə obyektinə keçmişdə bir neçə dəfə baş …

Bir cavab yazın