Cümə , Yanvar 3 2025
azfa

İrqçi fars rejimin müdaxiləsindən bezən İraq əhalisi İran konsulluğunu yandırdılar- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin müdaxiləsindən bezən İraq əhalisi Nəcəf şəhərində İran konsulluğunun binasını yandırıblar.

Onlarla etirazçı konsulluq binası yaxınlığında polislə toqquşmalar zamanı xəsarət alıb. İran konsulu binanın yandırılmasından 10 dəqiqə əvvəl mühafizə altında oranı tərk edib. Şəhərdə komendant saatı elan olunub.

Qeyd edək ki, bu ayın əvvəli isə nümayişçilər Kərbəladakı İran Konsulluğunun üzərindən ölkənin bayrağını endirərək binanı yandırmağa cəhd göstərmişdilər.

İraqda oktyabrın 1-dən başlayan kütləvi aksiyaların iştirakçıları İranın ölkənin daxili işlərinə müdaxiləsinə etiraz edirlər. İndiyədək 350-dən çox ölən var.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …

Bir cavab yazın