Çərşənbə axşamı , May 17 2022
azfa

İrqçi fars rejimin qurutmağa çalışdığı Urmiya gölündə su daha da azalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı və irqçi fars rejimin qurutmağa çalışdığı Urmiya gölündə su daha da azalıb.

Statistikaya əsasən, sentyabrın 23-dək göldə səviyyə 1270,27 metr olduğu halda, su səviyyəsi hazırda 0,02 fazi azalıb.

Urmiya gölünün su səviyyəsinin vəziyyəti ilə bağlı araşdırma ötən ilin oxşar dövrü ilə müqayisədə 0,01% artımın olduğunu göstərir.

Həmçinin Urmiya gölünün ərazisi hazırda 1698,64 kvadrat-kilometrdir.

Halbuki 23 sentyabradək 1722,87 kvadrat-kilometr olub və 24,23 kvadrat-kilometr azalıb.

Qeyd edək ki, Urmiya gölündə suyun həcmi 13 oktyabr tarixində 1,01 milyard kub-metr olub. Ötən ilin analoji dövrü ilə müqayisədə 0,02%, ümumilikdə isə 15,07% azalıb.

 

 

Həmçinin yoxlayın

Enerji və tranzit: Tehran-İrəvan əməkdaşlığının ən mühüm sahələri

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İrana” istinadən yaydığı məlumata görə, İran Ermənistanla əlaqələri və əməkdaşlığını gücləndirir. …

Azərbaycan türkcəsini məhv edən İrandan məktəblərdə “fars dilini qoruma zəngi”-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 40 milyondan çox türkün dilini qadağan edib, məhvə …

Bir cavab yazın