Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Son bir həftədə Güney Azərbaycanın müxtəlif şəhərlərində çox sayda fəal yaxalanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son bir həftədə irqçi və işğalçı fars rejimin təhlükəsizlik və Sepaha qüvvələrin Güney Azərbaycanının Təbriz, Urmiya və Əhər və Mərənd şəhərlərində çox saylı azərbaycanlı fəal yaxalanıb.

Dünən 2018-ci il oktyabrın 29-da rejimin təhlükəsizlik qüvvələri Təbrizdə Əbulfəz Fəkurini və Rəhman Qasımini həbs ediblər. Bunlardan öncə isə yaxalanan azərbaycanlı milli fəal Nəsim Sadıqinin rejimin Təbrizdə yerləşən Mərkəzi Zindanına köçürülüb.

Əhər şəhərində isə Həkim və türk fəal Məhərrəm Kamrani yaxalanaraq, bir müddət sonra sərbəst buraxılıb.

Həmçinin rejim son bir həftədə azərbaycanlı fəallar Səccad Əfruziyan, Araz Əmani, Əmir Əmani, Sədullah Sasani, Həkimə Əhmədi və Rza Zareini də həbs edib. Yaxalananlardan bəziləri sərbəst buraxılıb.

Bunlardan əlavə Ramin Cəbrayıli və Cəlil Tarinin isə rejimin təhlükəsizlik qurumuna çağrılıblar.

 

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın