Şənbə , Oktyabr 24 2026
azfa

Tehranın İnqilab meydanında hicaba etiraz edən qadın baş örtüyünü açdı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən 2018-i il oktyabr ayının 29-da Tehranın İnqilab meydanında məcburi hicaba etiraz olaraq gənc qadın baş örtüyünü açıb.

İnqilab meydanında günbəz şəkilli hündür tikilinin üzərinə qalxan gənc qadın baş örtüyünü açaraq əlindəki rəngli şarlarla birlikdə göydə yelləyərk məcburi hicaba etirazını bildirib. Həmin xanım meydanda toplaşan əhali tərəfindən də dəstəklənib.

Hicaba etiraz edən qadın az sonra irticaçı fars-molla rejiminin qüvvələri tərəfindən həbs edilərək, naməlum istiqamətə aparılıb. Hələlik tutulan qadının adı açıqlanmayıb.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın