İrqçi fars rejiminin müstəmləkə siyasəti nəticəsində Ərdəbil kəndləri tərk edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrqçi fars rejiminin müstəmləkə siyasəti nəticəsində Güney Azərbaycandan əhalinin fars bölgələrinə köçü kəskin artıb. Hətta rejimin ayrı-seçkilik siyasəti nəticəsində kəndlərdə lazımi infrastruktur yaradılmadığı üçün Güney Azərbaycanın kəndləri sürətlə boşalır.

Ərdəbil vilayətinin Statistika, Planlaşdırma və İdarəetmə Təşkilatının rəis müavini Fəriborz Dehqan bu məsələyə etiraf edərək deyib ki, məsullar bu acı reallığı qəbul etməsələr də, son 20 ildə kəndlərdən köç məsələsi ciddi şəkildə artıb. Bu köç həm də onu göstərir ki, kəndlərdə əkinçilik hələ də ənənəvi üsulla və lazımi infrastrukturun yaradılmaması ilə həyata keçirilir. Ona görə də dövrün tələblərinə cavab vermir. Eyni zamanda quraqlıq məsələsi və dünyada texnologiyanın inkişfı ilə yeni üsulların kəndlərdə tətbiqi zərurətini yaradır.

Ərdəbil vilayətinin Statistika, Planlaşdırma və İdarəetmə Təşkilatının rəis müavini kəndlərdə əkin üsulu və texnikasında dəyişikliyin edilməsi zərurətinə toxunaraq deyib ki, kənd tərəffüfatında modernləşmə baş verməsə və yeni texnika tətbiq edilməsə yaxın gələcəkdə Nir, Kövsər və Germinin bir çox kəndlər boşalacaq.

Həmçinin yoxlayın

Aərbaycanın azad edilmiş ərazilərində indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

GADTB: Birinci Qarabağ müharibəsi zamanı 3999 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb, 6 nəfər …

Atəşkəsdən sonra İranda anti-Azərbaycan təbliğatı yenidən alovlanır

GADTB: İranla ABŞ-İsrail koalisiyası arasında 40 gün davam edən müharibədən sonra atəşkəsə dair razılaşmanın əldə …

Bir cavab yazın