GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimin Yol və Şəhərsalma naziri Abbas Axundi 1 sentyabrda yazdığı istefa məktubunu yayaraq, istefa verib.
Nazir istefasının səbəbini şəhər dirçəlişi metodunda fikir ayrılığının olması adlandırıb.
“Mən qanuna sadiq qalmaq, mülkiyyət hüququna hörmətlə yanaşmaq və rəqabətli bazar iqtisadiyyatının heç bir şəraitdə kənara qoyulmamasına inanıram. Hər halda fikir ayrılığının bu dərəcədə olmasını nəzərə alaraq, etik baxımdan işimi davam etdirməyim düzgün deyil”, – deyə Abbas Axundi bildirib.