Cümə , Oktyabr 18 2024
azfa

İrqçi rejimin məmurları azərbaycanlı yeniyetmələri geyimində qurd şəklinə görə stadiondan çıxardı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimin məmurları dünən sentiyabr ayının 28-də Təbrizin Səhənd stadionunda Güney Azərbaycanın Tirəxtur futbol komandası ilə Xuzistanın İstiqlal komandası arasında keçirilən yarışa tamaşa etmək üçün stadiona gedən azərbaycanlı yeniyetmələri geyimində türklərin simvolu – qurd şəkli olduğuna görə stadiondan çıxardı.

İslamdan öz irqçi məqsədlər üçün istifadə edən irqçi fars rejimin məmurları bu məsələdə də özlərinə yalan uyduraraq, bu simvolun islama zidd olduğunu iddia edib və azərbaycanlı yeniyetmələri stadiondan çıxarıb. Bu isə rejim tərəfindən islam adı altında açıq antitürk yanaşmadır.

Qeyd edək ki, rejimin Azərbaycan türklərinə belə təzyiq və irqçi siyasəti artıq hamıya məlum olmuşdur və dünya səviyyəsində də etiraf edilir.

Həmçinin yoxlayın

Türkiyə “3+3” platformasının İstanbuldakı iclası ilə bağlı açıqlama yayıb

GADTB: Türkiyə Xarici İşlər Nazirliyi (XİN) “3+3” platformasının İstanbuldakı iclası ilə bağlı açıqlama yayıb. Açıqlamada …

İrqçi far-molla rejimi azərbaycanlı fəalı cərimə cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Əmir Bədrini cərimə …

Bir cavab yazın