Çərşənbə , Aprel 17 2024
azfa

İşğalçı Ermənistan paytaxtında etirazlar qızışdı- Canlı

GADTB: İrəvanda Respublika meydanında etiraz aksiyalarına start verilib.

Axar.az xəbər verir ki, artıq etirazçılar meydana axın etməyə başlayıb.

Qeyd edək ki, Ermənistan Baş nazir əvəzi Karen Karapetyan ötən gün müxalifət lideri Nikol Paşinyanla bu gün saat 11:00-a təyin edilən görüşdən imtina etdi. Bundan sonra Paşinyan bu gün saat 11:00-a xalqı vətəndaş itaətsizliyinə və mitinqə çağırdı.

İşğalçı Ermənistanın İrs Partiyası tərəfdarlarını İrəvandakı etiraz aksiyalarına qoşulmağa səsləyib. Məşhur erməni iş adamı Qagik Çarukyanın rəhbərlik etdiyi Çiçəklənən Ermənistan Partiyası da analoji bəyanatla çıxış edib.

Hazırda Ermənistanın ana müxalifəti Çarukyan Bloku sayılır. Blok parlamentdə 31 deputata sahibdir.

İrəvanda Mərkəzi Bank etirazçılar tərəfindən mühasirəyə alınıb. Etirazçılar xüsusi texnikanın Mərkəzi Bankın gətirilməsinə maneə yaradırlar.

Nikol Paşinyan Karen Karapetyanın son açıqlamasına cavab verib.

O, heç bir halda Respublika Partiyasının rəhbərliyi altında növbədənkənar seçkiyə getməyəcəklərini deyib. Paşinyan belə bir təcrübəni 2017-ci ildə yaşadıqlarını bildirib:

“İnqilab göstərdi ki, Respublika Partiyası Ermənistanda hökm edə bilməz. Serj Sərkisyan istefaya getdi, amma Respublika Partiyası hələ də hakimiyyətdədir”.

O, Sərkisyanın Ermənistanı kölgədən idarə etmək istədiyini deyib.

Nikol Paşinyan öz Feysbuk səhifəsində Avropa Birliyinin Ermənistandakı səfirləri ilə görüşdüyünü bəyan edib. O, yaxın zamanlarda Rusiya və ABŞ-ın Ermənistandakı səfirləri ilə də görüşəcəyini yazıb.

Ermənistanın üçüncü böyük şəhəri olan Vanadzorda da etirazlar başlayıb. Etirazların əsas aparıcı qüvvəni Vanadzor Dövlət Universitetinin tələbələridir.

Respublika Partiyasından olan deputat Aşot Ağababyan Nikol Paşinyanı dəstəkləyib. O, mətbuata müsahibəsində Paşinyandan başqa baş nazir postunda heç kimin olmaması gərəkdiyini bildirib.

Ağababyan Paşinyanın məxməri inqilabı təkbaşına həyata keçirdiyini etiraf edib.

Qeyd edək ki, Ağababyan Respublika Partiyasının yaradıcılarından biridir.

İşğalçı Ermənistanın İdman və Gənclik nazirinin səlahiyyətlərinin icraçısı Qroç Rostomyan istefaya gedib.

O, bu addımı Çiçəklənən Ermənistan Partiyasının İrəvandakı etirazları dəstəkləməsi qərarına uyğun olaraq atdığını bildirib.

İrəvandakı etiraz aksiyaların İşıqlı Ermənistan və Hnçak partiyaları da qoşulub.

Hnçak Partiyası Respublika Partiyasının təcili istefaya getməsi gərəkdiyini açıqlayıb.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər Tağızadənin Xural TV-də “İran İsraillə müharibəyə başlarsa, nə itirəcək, nə qazanacaq?” mövzusunda çıxışı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

On yeddi yaşlı yeniyetmə Vahid Əsğərinin qeyri-müəyyən vəziyyətdə həbsi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Səhənd şəhərində yaşayan 17 yaşlı məktəbli Vahid Əsğəri …

Bir cavab yazın