Bazar , Sentyabr 27 2026
azfa

Azərbaycanı himayə edən güneyli fəalları İran adlanan ölkə yaxaladı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Tehranda Qarabağ şiələrini himayə edən, Xocalı soyqırımını pisləyən şüarlar yazılmış baner açmış azərbaycanlı fəallar Əsgər Təbrizli və Aydın Quluzadə irqçi fars rejimi tərəfindən yaxalanıb. Onlar Tehranda ermənilərin İranın təşkilatçılığı ilə türkə qarşı keçirdiyi mitinqdə “Qarabağ bizimdir-bizim olacaq” şüarı səsləndirdiyi üçün yaxalanıblar.

Fəalların harada saxlandığı barədə hələlik heç bir məlumat verilmir.

Qeyd edək ki, azərbaycanlı fəallar Əsgər Təbrizli və Aydın Quluzadə İranın təşkilatçılığı ilə türkə qarşı keçirilən ermənilərin mitinqində üzərinə Xocalı soyqırımının şəkli olan və Xocalı soyqırımını pisləyən şüarlar yazılmış baner açmış və “Qarabağ bizimdir-bizim olacaq” şüarı səsləndirmişlər. Azərbaycan Respublikasının borc və kredit verdiyi üzdəniraq şiələrin himayədarı irqçi fars rejimi isə erməniləri təşkilatlandıraraq türkə qarşı mitinq keçirməyə sövq ediyi halda “Qarabağ bizimdir-bizim olacaq” şüarı səsləndirən azərbaycanlı gəncləri Azərbaycanı himayə etdiyinə görə İran dövləti həbs etmişdi.

Həmçinin yoxlayın

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Tibb bacısının bir aylıq gəliri 10 günlük yaşayış xərclərini belə qarşılamır

GADTB: İran Tibb Bacıları Təşkilatının Ali Şurasının üzvü Loğman Şərifi bildirib ki, bir çox tibb …

Bir cavab yazın